• İDMAN

    14:47 5 aprel 2019

Azərbaycan nümayəndə heyəti İslam Həmrəyliyi İdman Federasiyasına seçkilərdə iştirak edəcək

Aprel 7-9-da Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin və növbədənkənar Baş Assambleyanın iclası keçiriləcək.

ONA-nın məlumatına görə, yığıncaqda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

İclasa Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), eyni zamanda İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov və MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov qatılacaqlar.

Tədbirin ilk günü İcraiyyə Komitəsinin iclası keçiriləcək. Ertəsi gün isə növbədənkənar Baş Assambleyanın iclasında İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçiləcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR