• İDMAN

    08:46 13 aprel 2019

Azərbaycan qılıncoynadanı Polşada 3-cü olub

Azərbaycan millisinin qılıncoynadanı Ruslan Həsənov Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanıb.

ONA-nın məlumatına görə, şpaqaçımız yarımfinala kimi irəliləsə də, bu mərhələdə mübarizəni dayandırıb.

Amma buna baxmayaraq, o, müstəqillik tariximizdə ilk dəfə gənclərin dünya birinciliyində mükafatçılar sırasında yer alıb. İdmançımız yarımfinalda fransalı Artur Filippə 7:15 hesabı ilə uduzub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR