• İDMAN

    18:09 28 aprel 2019

Azərbaycan Qran-prisinin qalibi: “Bakıdakı yürüş çox ağır keçdi”

“Bakıdakı yürüş çox ağır keçdi”.

ONA-nın məlumatına görə, bunu “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi Valtteri Bottas deyib.

“Mersedes”in finlandiyalı pilotu Bakı trasındakı qələbəsinə şərh verib: “Ola bilər ki, kənardan yürüşdə çox şeylərin baş verməsi müşahidə olunmurdu. Amma Lüis Hamilton daim məni təzyiqdə saxlayırdı. Mən finişdə damalı bayrağı görməyimə və birinci yeri tutmağıma sevinirəm”.

Qeyd edək ki, V.Bottas “Mersedes”dəki komanda yoldaşı L.Hamiltonu qabaqlamaqla ümumi hesabda da zirvəyə yüksəlib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR