• İDMAN

    23:17 3 mart 2019

Azərbaycan Seriya A turnirində 1 qızıl və 1 bürünc medala yiyələnib

Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinə yekun vurulub. ONA-nın məlumatına görə, yarışa 9 idmançı ilə yollanan Azərbaycan millisi 2 medala sahib olub.
Belə ki, yığma üzvlərindən Asiman Qurbanlı (+84 kq) yarışın qalibi adına yiyələnib. O, bu gün baş tutan final görüşündə iranlı Saleh Abazarini məğlub edib. Ayxan Mamayev də turniri mükafatla bitirib. 84 kq çəki dərəcəsində qüvvəsini sınayan karateçimiz bürünc medal döyüşündə ukraynalı Valeri Tumakovdan üstün olub.
Bu idmançılardan fərqli, 3-cü yer uğrunda görüşə qatılan Firdovsi Fərzəliyev (60 kq) fəxri kürsüyə qalxa bilməyib. Təmsilçimiz Qazaxıstan idmançısı Kaysar Alpisbaya uduzub.
Qeyd edək ki, Seriya A turnirinin bu mövsüm ilk mərhələsində rekord sayda - 99 ölkədən 2057 karateçi iştirak edib. Milli komandamızı martın son günləri isə İspaniyada Avropa çempionatı gözləyir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR