• İDMAN

    13:17 19 may 2019

Azərbaycan taekvondoçuları dünya çempionatında ilk medalını qazanıb

Mançesterdə keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan yığması ilk medalını qazanıb.

ONA-nın məlumatına görə, mundialın dördüncü günündə Fəridə Əzizova fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Katerin Alvaradoya (Kosta-Rika) 11:7, Kimya Hematiyə (İran) 21:8 və Rut Qbaqbiyə (Fil Dişi Sahili) 8:6 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda çinli Menqyu Janqla üz-üzə gələn F.Əzizova 5:18 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.

Ondan fərqli, 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad Beiqi Harçeqani yarımfinal səddini uğurla keçib. Dünya çempionumuz ardıcıl olaraq, kubalı Xose Komasa (17:4), fransalı İsmael Bouzid Souhiliyə (19:4), moldovalı Aaron Kuka (40:26) və cənubi koreyalı Vu Hyeok Parka (37:20) qalib gəlib. O, bu gün mundialda ikinci titulu üçün Apostolos Telikostooğlu (Yunanıstan) ilə döyüşəcək.

Dünya çempionatının 5-ci günü həmçinin, Ramin Əzizov (87 kq) və Olimpiya çempionumuz Radik İsayev (+87 kq) də günücü yoxlayacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR