Taekvondo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
ONA-nın məlumatına görə, yığmamız açıq Ukrayna çempionatına 9 idmançı ilə yollanacaq.
Belə ki, məşqçilər korpusu aprelin 12-14-də baş tutacaq yarışda Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Harçeqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (+87 kq), Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) şans verəcək.
Qeyd edək ki, millimiz G1 kateqoriyalı turnirin keçiriləcəyi Xarkova aprelin 11-də yollanacaq.