• İDMAN

    16:43 3 iyun 2019

Azərbaycan triatlonçusu Avropa çempionatında dördüncü olub

Hollandiyanın Veert şəhərində triatlon üzrə Avropa çempionatı keçirilib.

ONA-nın məlumatına görə, yarışda Azərbaycanın yığmasının üzvləri də iştirak ediblər.

Təmsilçilərimizdən Rostislav Pevtsov qitə birinciliyini dördüncü yerdə bitirib. O, 1500 metrlik su məsafəsini 16 dəqiqə 13 saniyəyə başa vurub. Ardınca isə 40 kilometrlik velodistansiyanı 48 dəqiqə 4 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını idmançımız 30 dəqiqə 9 saniyəlik nəticə ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 1 saat 36 dəqiqə 03 saniyə vaxt göstəricisi ilə 4-cü yerdə qərarlaşıb.

Turnirdə 64 idmançı mübarizə aparıb. Yarışın qalibi britaniyalı Alister Braunli olub.

Avropa çempionatında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 23-cü çatıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR