• İDMAN

    04:30 28 avqust 2020

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib


Avropa Liqasının I təsnifat mərhələsinin oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyini dəyişib.

Apasport.az saytının məlumatına görə, ölkəmiz hesabına daha 0,750 xal yazıb.

“Neftçi” “Şkupi” üzərində 2:1 hesablı qələbə ilə 0,375, “Keşlə” “Laçi” bərabərliyi sayəsində 0,250 xal qazanılmasında töhfə verib. “Şkendiya”ya 0:2 hesabı ilə uduzan “Sumqayıt” isə cəmi 0,125 xalla kifayətlənib. Bunadək “Qarabağ”ın 0,750 xal əldə etdiyini nəzərə alsaq, mövsümlük qazanc 1,500-ə çatıb.

Son 5 mövsümün nəticələrinə əsasən reytinqimiz 15,875-ə yüksəlib. Bir gün öncə Rumıniyanı keçib 25-ci sıraya qalxan Azərbaycan yenidən əvvəlki mövqeyinə qayıdıb. 2 qələbə və 1 heç-heçə edən rumıniyalılar 0,875 xalla ümumi reytinqini 15,950-yə qaldırıb. 24-cü olan Norveç də Azərbaycan və Rumıniyanın önə keçməsinə imkan verməyib. İki qələbə şimallıların reytinqini 16,000-a qədər artırıb.

26-cı yerə enən ölkəmizin ən yaxın izləyicisi Qazaxıstandır. Onların aktivində 15,250 xal var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR