Azərbaycanın üzgüçülük növü üzrə paralimpiya milli komandasının üzvü Roman Saleh Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən Dünya Seriyasında ikinci medalını qazanıb.
ONA-nın məlumatına görə, Roman Saleh yarışın son günündə 100 m məsafəyə baterfyay üsulu ilə üzməkdə finişə üçüncü çatıb.
O, 58,63 saniyəlik nəticə göstərərək bürünc medala sahib olub.
Xatırladaq ki, R. Saleh bunadək arxasıüstə üzmədə 100 m məsafədə 1:00,61 dəqiqəlik nəticə ilə çempion tituluna yiyələnib.