Azərbaycanın üzgüçülük üzrə paralimpiya milli komandasının üzvü Roman Saleh Qlazqo şəhərində keçirilən Dünya Seriyasında qızıl medal qazanıb.
ONA-nın məlumatına görə, təmsilçimiz 100 m məsafəni 1 dəqiqə 0,61 saniyə ərzində qət edərək bütün rəqiblərini geridə qoyub. Nəticədə o, Dünya Seriyasının fəxri kürsüsündə ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, Beynəlxalq Paralimpiya Komitəsinin üzgüçülük üzrə Dünya Seriyası aprel ayının 29-a qədər davam edəcək. Yarışlarda ölkəmizi Könül Süleymanova, Raman Saleh, Vəli İsrafilov və Şamil Şahov təmsil edir. Bu yarış sentyabrda Londonda keçiriləcək dünya çempionatına minimal təsnifat xalı qazandırır.