• İDMAN

    16:39 16 may 2019

Azərbaycan və Gürcüstan yığmaları yoxlama matçları keçirəcəklər

Kişi və qadın voleybolçulardan ibarət Gürcüstan milli komandaları Bakıya gəliblər.

Azərbaycan Voleybol Federasiyasından ONA-ya verilən məlumata görə, paytaxtımıza səfər təlim-məşq toplanışı xarakteri daşıyır.

Gürcülər ölkəmizdə olduğu müddətdə yığmalarımızla yoxlama görüşləri də keçirəcəklər. Sabah saat 16:00-da qadınlardan ibarət əsas komandamız, 2 saat sonra kişilərdən ibarət millimiz qonşu ölkə təmsilçisi ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, voleybolçularımızın yoxlama matçları Avropa Liqasında uğurlu çıxışa hesablanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR