Azərbaycan velosiped idmanında Tokio-2020-yə ilk lisenziya xallarını qazanıb
  • İDMAN

  • 15:11 06 May 2019

Azərbaycan velosiped idmanında Tokio-2020-yə ilk lisenziya xallarını qazanıb

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışına yekun vurulub. 

Azərbaycan Velosiped İdmanı Federasiyasından ONA-ya verilən məlumata görə, 4 mərhələdən ibarət velotur Elit yığma komandamızın üzvü Elçin Əsədov üçün uğurlu nəticə ilə yadda qalıb.
 
Yarış mərhələlərində müvafiq olaraq 11, 10, 13 və 29-cu olan təmsilçimiz bununla da ümumi təsnifatda 10-cu yeri tutub və ölkə reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 3 lisenziya xalı qazandırıb. 

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayınadək davam edəcək.

OXŞAR XƏBƏRLƏR