• İDMAN

    17:05 25 may 2019

Azərbaycan velosipedçisi Tokio-2020 üçün ölkəmizə daha 5 lisenziya xalı qazandırıb

Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Sülh uğrunda Horizon Park” yarışı keçirilib.

ONA-nın məlumatına görə, veloturda Azərbaycanın Elit yığmasının üzvü – Ukraynanın “Lvov” kontinental klubunun velosipedçisi Elçin Əsədov da iştirak edib.

145 km məsafəni 3 saat, 38 dəqiqəyə qət edən Elçin finiş xəttini 7-ci keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 5 lisenziya xalı qazandırıb.

Qeyd edək ki, Elçin həm də şərəfini qoruduğu “Lvov” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR