• İDMAN

    10:17 14 aprel 2019

Azərbaycan voleybolçusu dünya rekordu vurub

Qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçusu Yana Kulan dünya rekorduna imza atıb.

ONA-nın məlumatına gərə, “Toray”da klubunda legioner həyatı yaşayan təmsilçimiz Yaponiya V-Liqasında fərqlənib.

O, “Hisamitsu” ilə final mərhələsinin ikinci qarşılaşmasında 60 xal yığıb. Bununla da millimizin üzvü voleybol tarixinə bir matçda ən çox xal toplayan oyunçu kimi düşüb.

Y.Kulanın komandası son çempiona uduzsa da, voleybolçumuz tarixə düşüb. Təmsilçimiz kişi voleybolçuların rekordçusu, bir oyunda 59 xal toplayan Leonardo Leyvanı da arxada qoyub. Yanaya qədər qadınlar arasında rekord yığmamızın lideri Polina Rəhimovaya məxsus idi – 58 xal.

Qeyd edək ki, "Toray" finalda “Hisamitsu”ya "Qızıl set"də uduzub. Y.Kulanın komandası ilk matçdakı 0:3 hesablı məğlubiyyətin revanşını alsa da, "lotereya"da uduzub. 32 yaşlı hücumçumuz da rekordu məhz 3:2 (29:31, 25:19, 25:23, 23:25, 15:13, qızıl set 18:25) hesablı qələbə qazandıqları matçda vurub. Yekunda voleybolçumuz V-Liqasının gümüş medalına da yiyələnib.

O, eyni zamanda Yaponiya çempionatını ən məhsuldar oyunçusu və ən yaxşı top qəbuledicisi də seçilib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR