• İDMAN

    13:02 8 may 2019

Azərbaycan voleybolçusu Yaponiyada ən dəyərli oyunçu seçilib

Azərbaycan millisinin voleybolçusu Yana Kulan Yaponiyada növbəti uğurunu qazanıb.

ONA-nın məlumatına görə, hücumçumuzun şərəfini qoruduğu “Toray” “Kurovaşiki” turnirinin qalibi adına yiyələnib.

Kulanın komandası həlledici görüşdə “Hitaçi”ni məğlub edib – 3:0. Voleybolçumuz yarışın ən dəyərli oyunçusu və ən yaxşı hücumçusu seçilib.

Qeyd edək ki, Kulan V Liqasını da gümüş medalla başa vurub. O, bu komandanın heyətində həmçinin dünya rekordu müəyyənləşdirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR