19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında çıxışını başa vurub.
ONA-nın məlumatına görə, yığmamızın mübarizə apardığı AVRO-2019-un elit-raundunun I qrupunda sonuncu turun görüşləri bu gün keçirilib.
III tur formal xarakter daşıyıb. Çünki ilk iki oyundakı qələbələrlə birinci yeri təmin edən İrlandiya millisi final mərhələsi Ermənistanda keçiriləcək qitə çempionatına yeganə vəsiqəyə sahib çıxıb. Rusiyanın Krasnodar şəhərində keçirilən qrupun bugünkü matçları yığmaların turnir cədvəlindəki formal sıralaması baxımından rol oynayıb.
Meydan sahibləri ilə qolsuz heç-heçə edib, ardınca İrlandiyaya 1:3 hesabı ilə uduzan Azərbaycan yığması Rumıniya ilə görüşüb. İkinci yeri tutmaq şansı olan Vüqar Məmmədin yetirmələri darmadağınla üzləşiblər.
İlk yarıda üç cavabsız qol buraxan komandamız fasilədən sonra daha bir dəfə topu qapısından çıxarıb. Nəticədə ikinci məğlubiyyətini alan yığmamız tsikli qrup sonuncusu kimi başa vurub.
Qeyd edək ki, qrupun digər matçında Rusiya ilə İrlandiya görüşüb. Sonuncular bu qarşılaşmada da qalib gəliblər – 2:0.
U-19-lar arasında Avropa çempionatı
Elit-raund, I qrup
III tur, 26 mart
18:00. Rumıniya – Azərbaycan – 4:0
Qollar: Mihayla, 7, 20, Rus, 29, Tirlea, 90+3
Baş hakim: Adrien Jaccottet (İsveçrə)
Baş hakimin köməkçiləri: Vital Jobin (İsveçrə), Yeqor Bolkhovitin (Rusiya)
Dördüncü hakim: Nikolay Voloşin (Rusiya)
Krasnodar. “Kuban” stadionu
1 |
İrlandiya |
3 |
3 |
0 |
0 |
10-1 |
9 |
2 |
Rumıniya |
3 |
1 |
1 |
1 |
4-5 |
4 |
3 |
Rusiya |
3 |
0 |
2 |
1 |
0-2 |
2 |
4 |
Azərbaycan |
3 |
0 |
1 |
2 |
1-7 |
1 |