• İDMAN

    11:16 29 mart 2019

Azərbaycan yığması Avropa çempionatına 10 güləşçi ilə yollanacaq

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatına 10 idmançı ilə yollanacaq.

ONA-nın məlumatına görə, millimizin heyəti bu gün keçirilən açıq məşqdə elan edilib.

Komandamızın baş məşqçisi Şaban Donat Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək yarışda Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriətiyə (130 kq) güvənəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 8-14-də keçiriləcək. Yunan-Roma güləşi yarışları isə ayın 12-14-də baş tutacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR