• İDMAN

    19:55 20 mart 2019

Azərbaycan yığması Avropa çempionatının elit-raunduna heç-heçə ilə başlayıb

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raunduna start verilib. ONA-nın məlumatına görə, Azərbaycan milli komandasının yer aldığı I qrupda ilk turun iki oyunu keçirilib.

Matçları Rusiyanın Krasnodar şəhərində baş tutan qrupun ilk görüşündə Rumıniya və İrlandiya qarşılaşıb. Sonuncular 5 cavabsız qol vuraraq rəqibini darmadağın ediblər.

Azərbaycan yığması isə meydan sahibləri ilə görüşüb. Vüqar Məmmədin baş məşqçisi olduğu komandanın Rusiya yığması ilə görüşü “Krasnodar” FK-nın Akademiyasının meydançasında baş tutub.

Görüş meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçsə də, komandamız müdafiədə etibarlı oyun nümayiş etdirib. Nəticədə millimiz qrupun favoritlərindən sayılan rəqiblə matçda qolsuz sülhə nail olub – 0:0.

Qeyd edək ki, II turun oyunları martın 23-də baş tutacaq. Azərbaycan İrlandiya, Rusiya isə Rumıniya ilə görüşəcək.

U-19-lar arasında Avropa çempionatı
Elit-raund, I qrup
Azərbaycan – Rusiya – 0:0

Baş hakim: Adrien Jjaccottet (İsveçrə)
Baş hakimin köməkçiləri: Vital Jobin (İsveçrə), Balazs Szert (Macarıstan)
Dördüncü hakim: Adam Farkas (Macarıstan)
Krasnodar (Rusiya). “Krasnodar” FK-nın Akademiyasının meydançası, saat 18:00

1

İrlandiya

1

1

0

0

5-0

3

2

Azərbaycan

1

0

1

0

0-0

1

3

Rusiya

1

0

1

0

0-0

1

4

Rumıniya

1

0

0

1

0-5

0

Tahir

Teqlər:

SON XƏBƏRLƏR