Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raundunda növbəti oyununu keçirib. ONA-nın məlumatına görə, Vüqar Məmmədin baş məşqçisi olduğu komanda yer aldığı I qrupun II turunda İrlandiya ilə görüşüb.
Rusiyanın Krasnodar şəhərində baş tutan matçda hesab 41-ci dəqiqədə açılıb. Tirek Rayt irlandiyalıları hesabda önə çıxarıb. Fasilədən az sonra rəqib komanda penalti şansını qaçırıb. 63-cü dəqiqədə isə Ceyson Nayt fərqi artırmağa nail olub.
Final fitinə 17 dəqiqə qalmış Turan Vəlizadə penaltini qaçırsa da, Kamran Quliyev hücumun davamında fərqlənib. Hesabda fərqi minimuma endirən yığmamız bərabərlik qolunu vurmağa çalışsa da, topu öz qapısında görüb. Conatan Afolabi 85-ci dəqiqədə fərqi iki topa çatdırıb – 3:1.
Bu məğlubiyyətdən sonra komandamız final mərhələsinə yüksəlmək şansını itirib. Artıq lider İrlandiyadan 5 xal geri qalan yığmamız yalnız qrup qaliblərinin mərhələ keçdiyi yarışın son turunda qələbə qazansa belə, 1-ci yeri tuta bilməyəcək.
Qeyd edək ki, II turun digər oyununda Rusiya isə Rumıniya ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Millimiz isə son görüşünü martın 26-da Rumıniyaya qarşı keçirəcək.
U-19-lar arasında Avropa çempionatı
Elit-raund, I qrup
İrlandiya – Azərbaycan – 3:1
Qollar: Rayt, 41, Nayt, 63, Afolabi, 85 – Quliyev, 73
51-ci dəqiqədə Smallibone, 73-cü dəqiqədə Vəlizadə penaltidən yararlana bilməyiblər.
Baş hakim: Adam Farkas (Macarıstan)
Baş hakimin köməkçiləri: Balazs Szert (Macarıstan), Eqor Bolkhovitin (Rusiya)
Dördüncü hakim: Nikolay Voloşin (Rusiya)
Krasnodar (Rusiya). “Krasnodar” FK-nın Akademiyasının meydançası
1 |
İrlandiya |
2 |
2 |
0 |
0 |
8-1 |
6 |
2 |
Rusiya |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
3 |
Azərbaycan |
2 |
0 |
1 |
1 |
1-3 |
1 |
4 |
Rumıniya |
1 |
0 |
0 |
1 |
0-5 |
0 |