Futzal üzrə Azərbaycan milli komandası “Kaspi kuboku” turnirində iştirak edəcək.
ONA-nın məlumatına görə, bunu Qazaxıstan Futbol Federasiyasının futzal departamentinin rəhbəri Askar Abildayev açıqlayıb.
O bildirib ki, bu ilin sentyabrında Rusiyanın Həştərxan şəhərində beynəlxalq turnir keçiriləcək.
Turnirdə dörd ölkənin yığması çıxış edəcək. Bunlar Azərbaycan, Qazaxıstan, Rusiya və İran yığmalarıdır.
Qeyd edək ki, turnir DÇ-2020-nin əsas seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.