• İDMAN

    09:23 28 mart 2019

Azərbaycan yığması böyük hesabla uduzub

Azərbaycan milli komandası ilk dəfə keçirilən 19 yaşadək futzalçılar arasında Avropa çempionatında mübarizəyə başlayıb.

ONA-nın məlumatına görə, yarışın əsas mərhələsində çıxış edən yığmamız Kiprlə qarşılaşıb.

Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyunda rəqib böyükhesablı qələbə qazanıb - 7:1. Komandamızın heyətində təsəlli qoluna Hüseyn Qarayev imza atıb.

Qrupda keçirilmiş digər oyunda isə Hollandiya futzalçıları Sloveniya yığmasını məğlub edib - 5:4.

Yığmamız qrupda növbəti oyununu Hollandiya komandasına qarşı keçirəcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR