• İDMAN

    01:13 7 mart 2019

Azərbaycan yığması dünya çempionatında ardıcıl ikinci məğlubiyyətini alıb

Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatında II tura yekun vurulub. ONA-nın məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi İngiltərə ilə üz-üzə gəlib.
İlk turda Çin yığmasına 0,5:3,5 hesabı ilə uduzan komandamız bu dəfə də məğlubiyyətlə üzləşib. Yarışa əsas heyətlə yollanmayan təmsilçimizi birinci lövhədə təmsil edən Arkadi Naydiç turu qələbə ilə başa vurub. Lakin Rauf Məmmədovla Eltac Səfərlinin uduzması yığmamızın məğlubiyyətinə səbəb olub. Qədir Hüseynov isə yarım xalla kifayətlənib.
II turun digər görüşlərində isə Rusiya Misiri, Qazaxıstan İsveçi eyni - 3:1, ABŞ Çini 2,5:1,5 hesabı ilə məğlub edib. Hindistan – İran matçında qalib müəyyənləşməyib – 2:2.
Bu nəticələrdən sonra Rusiya, ABŞ və İngiltərə 4 xalla yarışa liderlik edirlər. Hindistanın 3, Çinlə Qazaxıstanın hərəyə 2, İranın isə 1 xalı var. Azərbaycan, İsveç və Misir yığmaları isə xal qazanmayıblar.
Qeyd edək ki, millimiz III turda meydan sahibləri Qazaxıstan şahmatçıları ilə görüşəcək. Digər oyunlarda İran - İsveç, Misir – Hindistan, İngiltərə - ABŞ, Çin – Rusiya cütləri üz-üzə gələcək.
Dünya çempionatı
II tur

Azərbaycan - İngiltərə - 1,5:2,5
Arkadi Naydiç - Maykl Adams - 1:0
Rauf Məmmədov - Luk Makşeyn - 0:1
Qədir Hüseynov - Deyvid Hauell - 0,5:0,5
Eltac Səfərli - Cons Qaveyn - 0:1

Tahir

Teqlər:

SON XƏBƏRLƏR