Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında IV tura yekun vurulub. ONA-nın məlumatına görə, yarışa əsas heyətlə qatılmadığından uğursuz start götürən kişilərdən ibarət Azərbaycan millisi yarışın autsayderlərindən biri olan İsveçlə görüşüb.
İlk üç turda yalnız 1 xal qazanan yığmamız növbəti məğlubiyyətini alıb – 1:3. Skandinaviyalılarla matçda Rauf Məmmədov qalib gəlsə də, digər üç lövhədə mübarizə aparan Arkadi Naydiç, Qədir Hüseynov və Eltac Səfərli mat olublar.
IV turun digər qarşılaşmalarında İran Misir üzərində qələbə qazanıb – 3:1. Rusiya - İngiltərə, Çin - Hindistan, ABŞ – Qazaxıstan görüşlərində isə heç-heçə qeydə alınıb – 2:2.
Qeyd edək ki, millimiz V turda ABŞ ilə üz-üzə gələcək. Digər oyunlarda Misir – İsveç, Çin – İran, İngiltərə - Hindistan, Qazaxıstan - Rusiya cütləri qarşılaşacaq.
Dünya çempionatı
IV tur
8 mart
İsveç – Azərbaycan - 3:1
Nils Qrandelius - Arkadi Naydiç - 1:0
Hans Tikkanen - Rauf Məmmədov - 0:1
Aksel Smit - Qədir Hüseynov - 1:0
Erik Blumkvist - Eltac Səfərli - 1:0
Turnir cədvəli: Rusiya - 7 xal, Hindistan, ABŞ, İngiltərə - 6, İran - 5, Qazaxıstan - 4, Çin 3, İsveç - 2, Azərbaycan - 1, Misir - 0.