Azərbaycanın kişi paracüdoçulardan ibarət yığma komandası təlim-məşq toplanışı üçün Gürcüstana yola düşüb.
ONA-nın məlumatına görə, baş məşqçi İbrahim İbrahimovun rəhbərlik etdiyi 12 nəfərlik heyət 18-26 mart tarixlərində Qori şəhərində hazırlıq keçirəcəklər.
Təlim-məşq toplantısı may ayında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-pri yarışına hazırlıq xarakteri daşıyır.