Futzal üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
ONA-nın məlumatına görə, Latviyada təlim-məşq toplanışında olan yığmamız bu ölkənin millisi ilə ikinci sınağına çıxıb.
Qarşılaşma Liepaya şəhərindəki Olimpiya Mərkəzində təşkil olunub. Yığmamızın baş məşqçisi Joze Alesio Baltikyanı ölkə təmsilçisi ilə görüşdə aşağıdakı heyətə şans verib: Rövşən Hüseynli (q), Teles Thaqo, Fineo de Araujo, Vitali Borisov, Sezar Conatan, Emin Kürdov (q), Samir Həmzəyev, Ramiz Çovdarov, Rizvan Fərzəliyev (k), Oktay Rüstəmli, Nihad İsmayılov, Xətai Bağırov, Kardosa Everton, İsa Atayev.
Yerli hakimlər Eduard Ratkujins, İnqus Purins və Qunar Roqadan ibarət briqadanın idarə etdiyi görüşdə heç-heçə qeydə alınıb – 2:2. Komandamızın hər iki qoluna Sezar Conatan imza atıb.
Qeyd edək ki, Azərbaycan və Latviya milliləri dünən keçirilən ilk qarşılaşmada komandamız 3:1 hesabı ilə qalib gəlib.