Futzal üzrə Azərbaycan milli komandası dörd yoxlama oyunu keçirəcək.
ONA-nın məlumatına görə, Joze Alesionun baş məşqçisi olduğu yığmamız təlim-məşq toplanışı çərçivəsində iki ev və iki səfər matçına çıxacaq.
Komandamız aprelin 8-də və 9-da Bakıda, 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi çərçivəsində milli komanda aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığması ilə yoldaşlıq oyunlarında gücünü yoxlayacaq.