• İDMAN

    22:36 28 mart 2019

Azərbaycan yığması mərhələ adlamaq şansını itirib

19 yaşadək futzalçılar arasında ilk Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyunlar keçirilib.

ONA-nın məlumatına görə, II seçmə qrupda mübarizə aparan Azərbaycan milli komandası II turun oyununa çıxıb.

Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyunda yığmamız 1:6 hesabı ilə uduzub. Bu, komandamızın ikinci böyükhesablı məğlubiyyəti olub. Millimiz bunadək Kiprə 1:7 hesabı ilə yenilmişdi. Komandamızın təsəlli qoluna 23-cü dəqiqədə, hesab 0:3 olarkən Kənan Əsədli imza atıb.

Bu məğlubiyyətdən sonra Ağatahir Əzimovun yetirmələri AVRO-2019-un final mərhələsinə vəsiqə qazanmaq şansını rəsmən itiriblər. Latviyadakı yarışa yalnız qrup qalibləri yüksəldiyindən millimiz birinci yeri tutmağa nəzəri imkanları qalmayıb. Bu üzdən də martın 30-da keçiriləcək sonuncu turun Sloveniya ilə qarşılaşması qrupda qalan yığmamız üçün formal xarakter daşıyacaq.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Sloveniya və Kipr qarşılaşacaqlar.

1

Hollandiya

2

2

0

0

11-5

6

2

Kipr

1

1

0

0

7-1

3

3

Sloveniya

1

0

0

1

4-5

0

4

Azərbaycan

2

0

0

2

2-13

0

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR