• İDMAN

    20:37 2 iyun 2019

Azərbaycan yığmasının baş məşqçisi ardıcıl məğlubiyyətlərin səbəbini açıqlayıb

"İlk hissədə çox pis oynadıq. Top qəbulunda və hücumda lazımı oyunu göstərə bilmədik".

ONA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara deyib.

İtaliyalı mütəxəssis yığmamızla ardıcıl üçüncü məğlubiyyətini şərh edib. O bildirib ki, Qızıl Avropa Liqasında Belarus, İspaniyanın ardından Finlandiyaya uduzmaq komandanın hazır olmamasından irəli gəlir: "Ön xətdə lazımı mövqeyi seçə bilmədik. Amma sonra toparlandıq, yaxşı oynamağa başladıq. IV setdə isə çox bağışlanmaz səhvlər etdik. Rəqib fərqli və sürətli oyun nümayiş etdirdiyindən onlarla oynamaq çətin idi. Biz iki həftədir toplaşdığımızdan birgə məşqlər üçün çox vaxtımız olmayıb. İnanıram ki, qarşıdakı görüşlərdə daha yaxşı oynayacağıq. Oyunçularımdan razıyam. Hər top uğrunda mübarizə aparmağa çalışırlar. Ümid edirəm ki, yaxşı olacaq".

Qeyd edək ki, voleybolçularımız Finlandiyaya 1:3 hesabı ilə uduzublar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR