“Komanda psixoloji cəhətdən çox yorğun idi”.
ONA-nın məlumatına görə, bu sözləri Azərbaycan yığmasının (U-19) baş məşqçisi Vüqar Məmməd deyib.
AVRO-2019-un elit-raundunun Rumıniya ilə oyununda 0:4 hesabı ilə uduzan millimizin çalışdırıcısı məğlubiyyətin səbəbini açıqlayıb: “Zədəli və cəzalı oyunçularımızın olması işimizi çətinləşdirmışdi. Belə demək mümkünsə, bu gün hər şey bizim əleyhimizə idi. Turniri belə bitirməməliydik”.
Qeyd edək ki, üç oyunda cəmi bir xal toplayan yığmamız 1-ci qrupda sonuncu yeri tutub.