17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.
ONA-nın məlumatına görə, bu vəzifə Vüqar Məmmədə həvalə olunub.
Bu təyinat AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq gerçəkləşib. Mütəxəssisin yığmanın baş məşqçisi postunda təsdiqlənməsi isə qurumun İcraiyyə Komitəsinin iclasında rəsmiləşəcək.
Qeyd edək ki, V.Məmməd bunadək U-19 yığmasının baş məşqçisi idi. Onun rəhbərliyi altında Avropa çempionatının elit-raunduna yüksələn yığmamız ötən ay keçirilən mərhələdə qrup sonuncusu olub.