• İDMAN

    14:15 26 fevral 2019

Azərbaycan yığmasının elit-raundda keçirəcəyi oyunlarının başlama vaxtı müəyyənləşib

Azərbaycan milli komandasının (U-19) Avropa çempionatının elit-raundunda keçirəcəyi oyunların vaxtı açıqlanıb. ONA-nın məlumatına görə, baş məşqçi Vüqar Məmmədin çalışdırdığı yığmamız oyunları Rusiyanın Krasnodar şəhərində keçiriləcək I qrupda qüvvəsini sınayacaq.

Martın 20-də keçiriləcək ilk turda millimiz meydan sahibləri ilə görüşəcək. Komandamız ayın 23-də İrlandiya, 26-da Rumıniya ilə üz-üzə gələcək. Yığmamız ilk iki görüşü “Krasnodar” klubunun akademiyasının meydanında, son matçını “Kuban” stadionunda keçirəcək.

Hər üç qarşılaşmanın başlama saatı da dəqiqləşib. Rusiya və Rumıniya ilə oyunlar Bakı vaxtı ilə saat 18:00-da, İrlandiya ilə görüş 13:00-da start götürəcək.

Qeyd edək ki, yalnız qrup qalibləri final mərhələsinə yüksələcək. Bu mərhələnin görüşləri iyulun 14-27-də Ermənistanda keçiriləcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR