Azərbaycan yığmasının futbolçusu Arzuman Rizvanov Çexiyanın "Bohemians" klubuna keçib. ONA-nın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi bundan sonra yüksək liqada mübarizə aparan Praqa təmsilçisinin şərəfini qoruyacaq.
U-20 yığmamızın üzvü yeni klubu ilə 2019-cu ilin sonunadək müqavilə imzalayıb. İlyarımdır Çexiyada çıxış edən yarımmüdafiəçi “Bohemians”a qədər "Banik"də forma geyinib.