Bu gün Millətlər Liqasında qrup mərhələsi başa çatacaq.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının ümumi sıralamadakı yeri artıq müəyyənləşib.
C liqasının 1-ci qrupunda 3-cü yeri tutan Canni de Byazinin yetirmələri Millətlər Liqasını 43-cü pillədə başa vurub. Millimiz bu liqada çıxış edən 16 komandadan yalnız 5-ni qabaqlamağı bacarıb ki, onlardan 4-ü qrup sonuncuları, biri isə 3-cü qrupda 3-cü yeri tutacaq kollektivdir. Həmin qrupda bu gün keçiriləcək son tur matçlarının nəticələri də komandamızın mövqeyinə təsir etməyəcək.
Qrup mərhələsində 6 xal toplayan Azərbaycan öz liqasında yalnız Kipr, Estoniya, Kosovo, Moldova və Qazaxıstandan güclü olub.
Qeyd edək ki, Millətlər Liqasında 55 ölkə oynayır.