• İDMAN

    16:14 27 may 2019

Azərbaycan yığmasının II Avropa Oyunlarında iştirakçı sayı açıqlanıb - SİYAHI

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin sayı dəqiqləşib.

ONA-nın məlumatına görə, bu, Milli Olimpiya Komitəsində (MOK) keçirilən mətbuat konfransında açıqlanıb.

Yığmamız Minsk-2019-da 11 idman növündə 80 atletlə təmsil olunacaq. Ölkəmiz əsası 4 il əvvəl Bakıda qoyulan yarışa kamandan oxatmada 1, boksda 11, kanoedə 1, velosiped idmanında (şosse, trek) 5, badmintonda 1, gimnastikada (akrobatika, batut gimnastikası və tamblinq, bədii gimnastika, idman gimnastikası) 12, cüdoda 13, karatedə 7, samboda 7, atıcılıqda (güllə və stend) 6, güləşdə (sərbəst, yunan-Roma, qadın) 16 idmançı ilə qatılacaq.

Nümayəndə heyəti isə ümumilikdə 170 nəfərdən, o cümlədən 80 idmançı, 32 məşqçi, 15 inzibati şəxs və 5 tibb işçisindən ibarət olacaq.

İyunun 21-30-da keçiriləcək Avropa Oyunlarında iştirak edəcək millimiz yarışa şef-de-mission Anar Bağırovun rəhbərliyi altında yollanacaq.

İdmançıların siyahısı

Atıcılıq: Emin Cəfərov, Rigina Mehtaheddinova, Nurlana Cəfərova, Əli Hüseynli (stend atıcılığı), Ruslan Lunyov, Nigar Nəsirova (güllə atıcılığı)
Badminton: Ezmi Qovimuramadhoni
Cüdo: Kəramət Hüseynov, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq),
İçinxorlo Munxtsedev (57 kq), İrina Kindzerska (+78 kq)
Güləş: Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Toğrul Əsgərov (74 kq), Camaləddin Maqomedov, Cəbrayıl Həsənov (79 kq), Nurmaqomed Qadjiyev (97 kq, hamısı sərbəst güləş), Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq, hamısı yunan-Roma güləşi), Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbinə Əliyeva, 76 kq, hamısı qadın güləşi)
Boks: Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Rahil Məmmədli (91 kq), Məhəmməd Abdullayev (+91 kq), Məryəm Cəbrayılova (69 kq)
Kamandan oxatma: Ozay Qasımova
Velosiped idmanı: Sergey Omelçenko (trek), Samir Cəbrayılov, Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə (hamısı şosse)
Kanoe: Mariya-Lorena Manolitsa
Karate: Roman Heydərov (kata), Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (50 kq), İrina Zaretska (68 kq)
Sambo: Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq), Gözəl Zutova (74 kq)
Gimnastika: Zöhrə Ağamirova, Ayşən Bayramova, Zeynəb Hümmətova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Darya Sorokina (bədii gimnastika), İlya Qrişunin, Ruslan Ağamirov (batut gimnastikası və tamblinq), Ruhidil Qurbanlı, Abdulla Əl-Məşeyxi (akrobatika), İvan Tixonov, Marina Nekrasova (idman gimnastikası).

Tahir

Teqlər:

SON XƏBƏRLƏR