• İDMAN

    10:01 22 fevral 2019

Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. ONA-nın məlumatına görə, yığmamız ilk matçını oktyabrın 4-də keçirəcək.

Millimiz həmin gün səfərdə İspaniya ilə qarşılaşacaq. Bu il daha iki qarşılaşmaya çıxacaq komandamız Çexiya ilə evdə, Moldova ilə səfərdə görüşəcək.

Yığmamızın digər 5 oyunu 2020-ci ildə keçiriləcək. Seçmə mərhələdə son oyun isə gələn il sentyabrın 22-də baş tutacaq.

4 oktyabr 2019

İspaniya – Azərbaycan

7 noyabr 2019

Azərbaycan – Çexiya

10 noyabr 2019

Moldova – Azərbaycan

11 mart 2020

Azərbaycan – Polşa

10 aprel 2020

Polşa – Azərbaycan

5 iyun 2020

Çexiya – Azərbaycan

16 sentyabr 2020

Azərbaycan – Moldova

22 sentyabr 2020

Azərbaycan - İspaniya

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR