• İDMAN

    22:04 1 may 2019

Azərbaycan yığmasının qapıçısı İslandiya klubu ilə müqavilə bağlayıb

Azərbaycan milli komandasının futbolçusu Aytac Şərifova yenidən legioner həyatı yaşayacaq.

ONA-nın məlumatına görə, 20 yaşlı qolkiper karyerasını İslandiyada davam etdirəcək.

O, "Keflavik" klubu ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Qazaxıstan "Okjetpes"də oynamış A. Şərifova son olaraq, Sumqayıtın "Uğur" komandasının formasını geyinib. O, bu klubla Yüksək qızlar liqasının qalibi olub. Həmçinin Azərbaycan kubokunu qazanıb və ən yaxşı qapıçı seçilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR