Azərbaycan yığmasının sabiq baş məşqçisi Mirbağır İsayev diskvalifikasiya edilib.
ONA-nın məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam komitəsi verib.
Futbolçu kimi “Neftçi” və Azərbaycan yığmasındakı çıxışları ilə tanınmış M.İsayev U-16 Liqasının “Neftçi” PFK – “Gəncə” TİM matçındakı hərəkətlərinə görə belə cəzaya məruz qalıb. Hazırda “Neftçi”nin baş məşqçisi olan çalışdırıcı hakimlər briqadasının təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Komitə məşqçini 5 oyunluq cəzalandırıb.