• İDMAN

    22:16 21 aprel 2019

Azərbaycan millisinin sabiq futbolçusu döyülüb

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb.

ONA-nın məlumatına görə, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb.

Belə ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır.

Qeyd edək ki, döyülən şəxs 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub.

Nurlan Əli

Tahir

Teqlər:

OXŞAR XƏBƏRLƏR

SON XƏBƏRLƏR