“Xəzər Lənkəran”ın sabiq futbolçusu Kristian Kabral Azərbaycanda çıxış etdiyi vaxt xoşagəlməz hadisə ilə üzləşib.
ONA-nın məlumatına görə, 40 yaşlı braziliyalı vətənində verdiyi müsahibədə 9 il əvvəl üzləşdiyi hadisədən danışıb.
Kabral bildirib ki, karyerası ərzində başına gələn ən qəribə hadisə Almaniyada yaşanıb: “Xəzər Lənkəran” mövsümöncəsi hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirirdi. Mən Braziliyaya yollanırdım. Hər şey normal idi. Amma təyyarə Frankfurtda endi. Almaniyada olanda məni hava limanında saxladılar. Dindirmək üçün polis bölməsinə apardılar. Saçıma və saqqalıma görə məni terrorçu zənn etmişdilər”.
Qeyd edək ki, K.Kabral 2010/11 mövsümünün ilk yarısında “Xəzər Lənkəran”ın formasını geyinib.
Vüqar Xeyrullayev