Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında II turun görüşləri başa çatıb. ONA-nın məlumatına görə, ilk oyun gününü uğursuz başa vuran Azərbaycan şahmatçıları bu dəfə inamlı çıxışı ilə fərqləniblər.
Belə ki, 7 təmsilçimizdən 3-ü qələbə qazandığı halda, digər 3-ü heç-heçə oynayıb. Həmyerlilərimizdən yalnız Abdulla Qədimbəyli məğlubiyyətə üzülüb.
Avropa çempionatı
II tur
İlya Semenovs (Latviya, 2401) – Eltac Səfərli (2662) – 0,5:0,5
Mustafa Yılmaz (Türkiyə, 2636) – Abdulla Qədimbəyli (2404) – 1:0
Yahav Emanuel (İsrail, 2245) – Rauf Məmmədov (2701) – 0:1
Ülvi Sadıqov (2488) - Elie Milikov (İsrail, 2226) - 1:0
Məhəmməd Muradlı (2444) - Stefan Tadiç (Serbiya, 2226) - 1:0
Kənan Qarayev (2368) - Batu Anqun (Türkiyə, 2076) - 0,5:0,5
Laura Unik (Sloveniya, 2266) – Cahandar Azadəliyev (1863) – 0,5:0,5
Turnir cədvəli: 1. Andrey Jiqalko (Belarus), 2. Lukas Van Forest (Hollandiya), 3. Tal Baron (İsrail) – hamısı 2 xal, ...137. Məhəmməd Muradlı (Azərbaycan), ...235. Rauf Məmmədov, ...238. Eltac Səfərli, ...250. Ülvi Sadıqov – hamısı 1 xal, ...259. Abdulla Qədimbəyli, ... 269. Kənan Qarayev, ...296. Cahandar Azadəliyev - hər ikisi 0,5
Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.