• İDMAN

    09:08 1 aprel 2019

Azərbaycanın 3 şahmatçısı FİDE-nin ən güclüləri siyahısını tərk edib

FİDE aprel ayı üçün reytinq cədvəlini açıqlayıb.

ONA-nın məlumatına görə, kişilər arasında “Top-100”də Azərbaycan millisinin 4 şahmatçısı yer alıb.

Təmsilçilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. O, bu dəfə də 5-ci pillədə qərarlaşıb və 2793 reytinq xalına malikdir. Ş. Məmmədyarovdan fərqli, Teymur Rəcəbov (2756) bir rəqibini qabaqlayaraq, 12-ci yerə yüksəlib.

Digər şahmatçılarımıza gəlincə, Arkadi Naydiç (2695) geriləyib. Milliləşdirilmiş legionerimiz 7 pillə aşağı düşüb. O, hazırda 35-cidir.

Rauf Məmmədovla Eltac Səfərlinin tərk etdiyi “yüzlük”də Qədir Hüseynov (2654) 97-ci pilləyə enib.

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2845) başçılıq edir. İkinci yerdə Fabiano Karuana (ABŞ, 2819), üçüncü pillədə Liren Dinq (Çin, 2809) qərarlaşıb.

Qadın şahmatçıların ən güclü “100-lüy”ündə isə bu dəfə cəmi 1 həmyerlimiz var. 1 pillə geriləyən Günay Məmmədzadə 40-cı pilləyə enib. O, 2438 xala malikdir. Xanım Balacayeva isə “Top-100”ü tərk edib.

Qadın idmançıların siyahısında yenə Yifan Hou (Çin, 2662) liderdir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR