Qadın idman gimnastlar arasında Avropa çempionatında çoxnövçülük yarışlarının təsnifat mərhələsi başa çatıb.
ONA-nın məlumatına görə, Polşada təşkil olunan yarışda Azərbaycan idmançılarından İvan Tixonovun ardınca Marina Nekrasova da final mərhələsinə yüksəlib.
O, 4 hərəkətin cəmində 50,099 xal yığıb və təsnifat mərhələsində 24-cü yeri tutub.
Bu, ona finala yüksəlməklə yanaşı, II Avropa Oyunlarında vəsiqə də verib. Final mərhələsi bu gün olacaq.
Qeyd edək ki, İvan Tixonov final mərhələsində bu gün mübarizə aparacaq.