• İDMAN

    12:28 28 aprel 2019

Azərbaycanın daha bir paralimpiyaçısı Dünya Kubokunda fəxri kürsüyə yüksəlib

Azərbaycanın pauerliftinq idman növü üzrə paralimpiya milli komandasının üzvü Nurlan Babacanov (97 kq) Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

ONA-nın məlumatına görə, təmsilçimiz 195 kq çəkini qaldıraraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində ilk yeri 220 kq çəkini ram edən Birləşmiş Ərəb Əmirlikləri yığmasının üzvü Xələf Məhəmməd Xamis qazanıb. İkinci yerə isə 210 kq çəki ilə serbiyalı Petar Milankoviç layiq görülüb.

Bu qələbə ilə Nurlan Babacanov Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.

Xatırladaq ki, daha öncə 49 kq çəki dərəcəsində yarışan idmançımız Pərvin Məmmədov qızıl medala layiq görülüb.
Yarışlar davam edir. Bu gün digər idmançılarımız Elşən Hüseynov və Şamo Aslanov Dünya Kubokunda debüt edəcəklər.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR