• İDMAN

    10:10 24 may 2019

Azərbaycanın iki boksçusu Usti-nad-Labem Qran-prisində yarımfinala yüksəlib

Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisində 1/4 final mərhələsinin görüşləri başa çatıb.

ONA-nın məlumatına görə, yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisinin 2 üzvü yarımfinala vəsiqə əldə edib.

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqes (81 kq) 1/2 finalda iştirak hüququ qazanıblar. Onlar müvafiq olaraq, Marsel Rumpler (Avstriya) və Bayram Malkandan (Türkiyə) güclü olublar.

Digər boksçularımızdan Elvin Məmişzadə (52 kq) macarıstanlı Martin Virbana, Sərxan Əliyev (63 kq) isə braziliyalı Vanders Oliveyraya məğlub olub.

Qeyd edək ki, yarışda bu gün yarımfinal, sabah final döyüşləri olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR