Azərbaycan milli komandasının parakarateçisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib.
ONA-nın məlumatına görə, dünya ikincisi olan təmsilçimiz gözdən zəif idmançılar arasında bu hüquqa yiyələnib.
3 idmançıdan ibarət qrupda Moldova və Rusiyalı rəqiblərini qabaqlayan S.Əhədov 39.94 xalla qrup lideri olub. 30 martda həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.
3 dərəcə üzrə parakarateçilər arasında Avropa çempionatına 16 ölkədən 46 idmançı qatılıb.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Rafael Ağayev (75 kq) də finala yüksəlib. Həmçinin Asiman Qurbanlı (+84 kq) kişilərin, Nuranə Əliyeva (50 kq) qadınların kumite yarışında bürünc medal uğrunda mübarizə aparacaq. Roman Heydərov isə katada 3-cü olmaq şansını saxlayır.