Azərbaycanın pauerliftinq idman növü üzrə paralimpiya milli komandasının üzvü Elşən Hüseynov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda çıxışını uğurla başa vurub.
ONA-nın məlumatına görə, 107 kq çəki dərəcəsində yarışan təmsilçimiz qızıl medal qazanıb. O, 225 kq çəkini ram etməklə, bütün rəqiblərini qabaqlayıb.
Xatırladaq ki, E. Hüseynovdan öncə Pərvin Məmmədov (49 kq) qızıl medala layiq görülüb. Nurlan Babacanov (97 kq) isə 3-cü olub.
Yarışlar davam edir. Bu gün digər idmançımız Şamo Aslanov da yarışlarda debüt edəcək.