• İDMAN

    19:21 13 may 2019

Azərbaycanlı bodibilder Portuqaliyada bürünc medal qazanıb

Peşəkarlar arasında keçirilən “IFBB 2019 ELITE PRO PORTUGAL” yarışmasında azərbaycanlı bodibilder Vüqar Verdiyev bürünc medal qazanıb.

ONA-nın Mil-Muğan bürosunun xəbərinə görə, mayın 11-12-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində peşəkarlar arasında 90 kiloqrama qədər çəkidə keçirilən “IFBB 2019 ELITE PRO PORTUGAL” yarışmasında azərbaycanlı bodibilder Vüqar Verdiyev bürünc medal qazanıb.

V. Verdiyev bu ranqda keçirilən yarışmada bürünc medal qazanan ilk azərbaycanlıdır. Eyni zamanda bu nüfuzlu yarışmada qazanılan xallar keçiriləcək “IFBB Elite Pro 2019” dünya çempionatında iştirakın kvalifikasiyasına əlavə olunur.

V.Verdiyev bundan əvvəl 2018-ci ildə İspaniyada keçirilən analoji yarışmada priz qazana bilməyib.

Qeyd edək ki, Vüqar Veridiyev 17 qat Azərbaycan çempionu, 3 dəfə Avropa çempionatının qızıl mükafatçısı, dünya ikincisi və ABŞ-da keçirilən prestijli “Arnold Classic” yarışmasının mükafatçısı olub.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR