• İDMAN

    09:47 3 iyun 2019

Azərbaycanlı futbol hakimi Avropa Oyunlarına təyinat alıb

Azərbaycanlı hakim İnqilab Məmmədov növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.

ONA-nın məlumatına görə, çimərlik futbolu üzrə FİFA referisi II Avropa Oyunlarında iştirak edəcək.

İ.Məmmədov Belarusun paytaxtı Minskdə keçiriləcək yarışın oyunlarında ədaləti qoruyacaq. Avropa Oyunları iyunun 21-dən 30-dək keçiriləcək.

Qeyd edək ki, çimərlik futbolunda 8 komanda iki qrupda mübarizə aparacaq. A qrupunda Belarus, Portuqaliya, İsveçrə, Rumıniya, B qrupunda İtaliya, İspaniya, Rusiya və Ukrayna qüvvəsini sınayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR