Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Yunanıstan çempionatının oyununa təyinat alıb. ONA-nın məlumatına görə, təmsilçimizin başçılıq etdiyi briqada Super Liqanın XXIV turunda legioner kimi meydana çıxacaq.
Həmyerlilərimiz PAOK – “Atromitos” görüşünü idarə edəcəklər. Qarşılaşmada köməkçi hakimlər funksiyasını isə Akif Əmirəli və Rza Məmmədov yerinə yetirəcəklər. Bu görüş martın 10-da baş tutacaq.
Qeyd edək ki, Salonikidə keçiriləcək matç Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.