• İDMAN

    13:20 19 may 2019

Azərbaycanlı hücumçu Tailand klubuna keçir

Futzal üzrə Azərbaycan çempionu “Araz” hücumçusu ilə yollarını ayırıb.

ONA-nın məlumatına görə, Azərbaycan millisinin də formasını geyinən Xətai Bağırov karyerasını ölkə xaricində davam etdirməyə qərarı verib.

Bu gün Tailanda yola düşən X.Bağırov “Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayacaq. Hazırda yaxşı günlərini yaşamayan klub uğursuzluq zolağından çıxmaq üçün Xətai Bağırovla bərabər braziliyalı futzalçılar da transfer edəcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR